Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


24.02.2019  10:43 

Venesuelaya gələn yardım maşınları yandırıldı





A+  A-

Kolumbiya ilə sərhəddə humanitar yardım gözləyən fəallarla Venesuela Milli Qvardiyasının hərbçiləri arasında toqquşma baş verib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, toqquşma nəticəsində azı 20 venesuelalı yaralanıb.

İnsanlar polisin tətbiq etdiyi gözyaşardıcı qaz və boş patronlarla açılan atəşdən xəsarət alıblar. Bununla yanaşı, müxalifət tərəfdarları sərhəd körpüsündə polis kordonunu yara biliblər. Bu zaman Venesuela polisinin bir neçə əməkdaşının Kolumbiya tərəfinə qaçdığı iddia edilir.

Maduroya bağlı əsgərlərin yaratdığı maneəyə baxmayaraq, ölkəyə Kolumbiyadan bir neçə humanitar yardım maşını daxil ola bilsə də, həmin yük maşınları Santandera adına körpünün Venesuelaya aid hissəsində yandırılıb.

Ölkəyə humanitar yardımın daxil olacağı Braziliya sərhədində də vəziyyət kritikdir. Venesuela-Braziliya sərhədində baş verən toqquşmada isə 14 nəfər yaralanıb.

Venesuela Assambleyasının deputatı Qabi Arelyano bildirib ki, artıq üç yük maşını yandırılıb. Hazırda insanlar özləri yanan maşınlardan yemək yeşikləri və dərmanları qurtarmağa çalışırlar.

Qeyd edək ki, fevralın 23-də Velesuela müxalifəti ölkəyə humanitar yardım çatdırılmasına çalışsa da, Maduro hökuməti qəti şəkildə bunu qəbul etmək niyyətində deyil.

Xəbər 2981 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +