200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.03.2018  13:56 

İngiltərə Moskvaya gecə yarısınadək möhlət verdi





A+  A-

İngiltərə Baş naziri Tereza Mey ötən bazar günü Salisbury şəhərindəki hücuma görə Rusiyanın məsuliyyət daşıdığını bildirib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Moskvaya keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yuliyanın Britaniyada zəhərlənməsi zamanı Rusiyada hazırlanmış sinir qazından hansı səbəblə istifadə olunmasını izah etmək üçün bu gün gecə yarısınadək möhlət verdiyini açıqlayıb.

“Ya bu zəhərlənmə Rusiya hökuməti tərəfindən birbaşa bizim ölkəyə qarşı atılmış addımdır, ya da artıq Rusiya bu zəhərli maddə üzərində nəzarəti itirdiyinə görə həmin maddə başqalarının əlinə keçib”.

Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədrinin birinci müavini Yevgeni Serebrennikov Baş nazir T.Meyin ittihamlarını əsassız adlandırıb.

Qeyd edək ki, Sabiq Rusiya casusu Sergey Skripal dövlət sirlərini İngiltərəyə ötürmək iittihamları ilə həbs olunmuşdu. Sergey 2006-cı ildə baş tutan məhkəməsində 100 min dollar müqabilində Britaniyanın kəşfiyyat agentliklərinə Avropadakı rusiyalı casuslarla bağlı məlumat verdiyini etiraf etdikdən sonra 13 illik həbsə məhkum edilmişdi.

Dörd il Rusiya həbsxanasında qaldıqdan sonra o, 2010-cu ildə ABŞ ilə aparılan casus mübadiləsi nəticəsində azadlığa buraxılıb və daha sonra Britaniyaya köçüb.

Ötən bazar günü o və qızı Yuliya İngiltərənin cənubunda yerləşən Salisbury şəhərindəki parkda yıxılmış vəziyyətdə tapılmışdı.

Xəbər 1433 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +