Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


16.06.2025  13:16 

Direktorun vergidə işləyən oğlu jurnalisti təhdid edib?





A+  A-

"Mənə qarşı yönələn təhqir və təhdid dolu zəngin kim tərəfindən edildiyi məlum oldu. Sən demə gecənin bir aləmi telefonuma zəng edən, məni ölümlə hədələyən şəxs 201 saylı tam orta məktəbin direktoru Afaq Əliyevanın oğlu Ayxan Əlizadə imiş".

XəzərNews.az xəbər verir ki, bu açıqlama ilə Tehsilmedia.az saytının rəhbəri Sakit Muradov çıxış edib.

S.Muradov qeyd edib ki, Afaq Əliyevanın qanunsuz əməlləri, işçilərini təhdid və şantaj etməsi, dövlət əmlakını mənimsəməsi ilə bağlı səs yazıları məhz Tehsilmedia.az saytında yayımlanıb:

"Görünür Afaq Əliyevanın oğlu da anası kimi təhdid dili ilə danışmağı, hədələməyi sevir. Hələ üstəlik, bu şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşıdır. Yəqin ki, çox hörmətli Mikayıl Cabbarov öz tabeliyində çalışan bu şəxsin hansı işlərlə məşğul olduğunu öyrəndikdə onun haqqında müvafiq ölçü götürəcək. Eyni zamanda hüquq-mühafizə orqanları da məni təhdid edən şəxslə bağlı lazımı araşdırmalara başlayacaqlar. Müstəqil, azad bir ölkədə yaşayırıq, bütün məsələlər qanun çərçivəsində həll edilir. Belə olan halda bir jurnalisti təhqir və təhdid etməyin nə demək olduğunu yəqin ki, Afaq Əliyevanın oğluna izah edəcəklər.

Qeyd edim ki, hazırda Afaq Əliyevanın qanunsuzluqları ilə bağlı Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən araşdırma aparılır. Ancaq Afaq Əliyeva ilə bağlı bir neçə məhkəmə prosesi olduğu üçün nazirlik hələlik araşdırmaları dayandırıb. Qanuna görə, məhkəmə çəkişməsi varsa, o zaman aidiyyatı qurum araşdırmanı dayandırmalıdır".



Xəbər 1941 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +