Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


17.08.2023  10:40 

Yaşar Əliyev Ararat Mirzoyandan daha təsirli çıxış etdi





A+  A-

BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını canlı olaraq dinlədim. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandan daha təsirli çıxış etdi.

O, vurğuladı ki, Azərbaycan rəsmiləri ilə Qarabağın erməni təmsilçiləri arasında Yevlaxda görüş olmalıydı. Həmin görüşün baş tutmasına son anda Ermənistan əngəl törətdi...

Yaşar Əliyev xatırlatdı ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 qətnaməsini 30 ilə yaxın müddət ərzində həyata keçirməkdən imtina edib.

Yaşar Əliyevin öz çıxışını Qarabağ ermənilərinin sosial şəbəkələrdə yaydığı dəbdəbəli məclisləri əks etdirən fotoları nümayiş etdirməklə bitirdi. Daha öncə çıxış edən Ararat Mirzoyan da çıxışının sonunda təhlükə ilə üzləşən qarabağlı erməni əsilli azyaşlı uşaqların fotosunu nümayiş etdirərək BMT-ni onları aclıqdan xilas etməyə səsləmişdi...

Ən önəmlisi o idi ki, Azərbaycan tərəfi bir daha vurğuladı ki, Qarabağ ermənilərini öz vətəndaşı hesab edir. Onlarla dialoqa can atır. Qarabağ ermənilərinin bütün ehtiyaclarını ödəməyə də hazırdır. Qarabağ ermənilərinə humanitar yardımın çatdırılması üçün Ağdam-Xənkəndi yolunu açılmasını nə vaxtdır ki, erməni tərəfinə təklif edib. Ancaq ermənilər siyasi manipulyasiya və anti-Azərbaycan kampaniyası aparmaq üçün bu təklifi rədd ediblər...

Maraqlıdır ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı Ermənistanın çağırdığı fövqəladə iclası yekunlaşsa da müzakirələrlə bağlı yekun bəyanat və ya qətnamə qəbul olunmayıb. Niyəsi bəlli deyil.

Elbəyi Həsənli
Sürix


Xəbər 2798 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +