Zaxarovadan Azərbaycanda saxlanılan ruslarla bağlı AÇIQLAMA
ABŞ Ukraynaya bütün silah tədarükünü dayandırır
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
Tramp Zəngəzur dəhlizinin açılması üçün təklif irəli sürüb?
London Rusiya ilə Azərbaycanın arasını vurmağa çalışır?
Zaxarovadan SSRİ mesajı
Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarıldı
Masallının “İstisu”sunda antisanitar vəziyyət höküm sürür
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışını etdi
Rusiya Azərbaycandan konsulluq girişi tələb edir


25.10.2022  10:22 

Türk düşmənləri niyə aktivləşir? - Deputatın ŞƏRHİ





A+  A-

“Azərbaycan Rusiyaya nota verib. İran diplomatları isə Qafanda ermənilər ilə “qardaşlıq” musiqisi altında rəqs edirlər. Azərbaycanın zəfəri regionda çoxlarını narahat etməkdədir. Amma məsələ eyni zamanda bütövlükdə Türk dünyasının güclənməsi ilə bağlıdır. Rusiya dövlət kanalı Azərbaycanı hədəfə alırsa, İran kanalları Türkiyəni də yaddan çıxartmırlar.”

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib.

V.Bayramov bildirib ki, Türk Dövlətləri Təşkilatı regionda daha da real gücə çevirilincə ənənəvi Türk düşmənləri daha aktivləşirlər:

“Məsələ sadədir: əgər Türk ölkələri bir dövlət olsaydılar o zaman həmin dövlət alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı. Belə k, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i 4 trilyon 586 milyard dollardır. Bu Böyük Britaniya, Fransa və İtaliya kimi ölkələr ilə müqayisədə daha böyük real iqtisadiyyat deməkdir. Belə ki, alıcılıq qabiliyyəti ilə Türkiyə 3 trilyon 320 milyard, Qazaxıstan 596,7 milyard, Özbəkistan 334.3 milyard, Azərbaycan 178.7 milyard, Türkmənistan 117.8 milyard və Qırğızıstan 39.2 milyard dollar ÜDM-ə malikdirlər”.

Millət vəkili əlavə edib ki, strateji coğrafı yerləşməni də keyfiyyət meyarı olaraq nəzərə alsaq o zaman Türk dünyasının gücünü təsəvvür etmək çətin olmaz:

“Bu güc bəzilərini narahat etməkdədir. Amma Türk dünyası bütövləşir, əməkdaşlıq edir və inkişaf edir. Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da”.

Xəbər 2504 dəfə oxunub.




03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib


BÜTÜN XƏBƏRLƏR +