Rusiyanı Çinin vassal dövləti adlandırdı
İlham Əliyev Suriya Prezidentini qəbul etdi
Mətbuat Şurası Rusiyanın Bakıdakı jurnalist - agentlərilə bağlı... - Bəyanat
Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür


23.11.2021  14:14 

Fransa həmsədrlikdən çıxarılsın... - Deputatlar





A+  A-

“Fransa Minsk Qrupunun üzvü kimi açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olur”.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, 44 günlük savaşda minlərlə gəncin tökülən qanlarına görə Fransa da məsuliyyət daşıyır:

“Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.

Deputat Hikmət Babaoğlu isə bildirib ki, müxtəlif səviyyəli Fransa rəsmilərinin qeyri-adekvat addımları təəccüb doğurur: “Qondarma qurumun “rəsmisi” kimi özünü təqdim edən erməni Fransada rəsmi şəxs kimi münasibət görür. Məsələ Fransanın bu separatizmi dəstəkləməsidir. Hamı bilir ki, Azərbaycan bu mövzuda çox həssasdır və regionda yeni reallıq yaranıb. Fransa da bu reallığı qəbul etməlidir. Fransanın addımlarında ziddiyyət var. Amma həm də burada məqsədyönlü fəaliyyət var. Regionda yeni reallıqlar şəraitində inkişaf edəcək əməkdaşlıqlara da Fransa mane olur”.

Deputat Tural Gəncəliyev də hesab edir ki, Fransanın istər Cənubi Qafqaz, istərsə də dünyanın digər ölkələrində xarici siyasətində ciddi səhvlər müşahidə olunur: “Bu, Fransada lider problemi ilə bağlıdır. Fransa Azərbaycana minnətdar olmalıdır ki, Azərbaycan öz gücünə BMT-nin qətnamələrinin icrasını təmin etdi.

Azərbaycan bu gün postmüharibə, postkonfilikt dövründə regiona heç bir dəxli olmayan, regiondan tamamilə kənarda yerləşən ölkənin hərəkətlərini qəbul etmir. Fransa bundan sonra Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı siyasətlərində çox diqqətli olmalıdır. Əks halda onların batmaqda olan nüfuzu daha da batacaq”.

Xəbər 3665 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +