Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


31.01.2024  10:14 

Seçki yaxınlaşır: Bir sıra dövlət qurumlarında təlaş...





A+  A-

Azərbaycan cəmiyyəti 30 ildən bir qədər çox olan müstəqillik dövründə növbəti mühüm siyasi kampaniyada iştirak edir. Fevralın 7-də keçiriləcək prezident seçkiləri bir çox parametrlər üzrə əvvəlki seçkilərdən kəskin şəkildə fərqlənir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin bütün ərazilərini əhatə edən siyasi aksiya gerçəkləşir.

7 fevral prezident seçkiləri növbədənkənar keçirilsə də, əhəmiyyətli nəticələrlə yadda qala bilər. Prezident seçkilərindən sonra ölkənin siyasi həyatında köklü islahatların aparılacağına dair proqnozların ardı-arası kəsilmir. “İslahat dalğası”nın idarəetmədə və digər sahələrdə özünü daha qabarıq şəkildə göstərəcəyi gözlənilir.

7 fevral seçkilərinin Azərbaycanda konstitusiya islahatlarına yol açacağına dair iddialar var. Bu iddia və ehtimalların özünü hansı formada doğruldacağı yaxın 1-2 ay ərzində bəlli olacaq. Hələlik isə görünən odur ki, gələn həftə gerçəkləşəcək prezident seçkiləri hakim komandada xeyli sayda adamın “yuxusunu qaçırıb”. Sözsüz ki, bu sıraya ilk növbədə mövcud kabinə üzvləri daxildir. Prezident seçkilərindən sonra yeni hökumətin formalaşması qanun tələbi olduğu üçün nazir və komitə sədrlərinin karyeraları ilə bağlı narahatlıq keçirmələri başadüşüləndir.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, seçki gününün yaxınlaşması bir sıra dövlət qurumlarında əməlli-başlı təlaşa səbəb olub. Gələn həftə gerçəkləşəcək hadisə, obrazlı desək, nazirlərin və digər yüksək rütbəli məmurların əl-qolunu bağlayıb. İndi onlar rəhbərlik etdikləri sahələrə aid ciddi qərarlar verməkdən ehtiyatlanırlar. Bu sıraya ilk növbədə təyinatlarla bağlı məsələlər daxildir. Nazirlər və onlarla eyni səlahiyyətlərə malik olan digər vəzifəli şəxslər indi heç kimi işdən çıxarmır, vakant yerlərə işçi götürmürlər. Bu isə bir neçə amillə əlaqəlidir. Əsas səbəb isə odur ki, bu kateqoriyaya daxil olan əksər məmurların yeni hökumətdə təmsil olunub-olunmayacağı sual altındadır. Buna görə də növbəti dəfə yerlərini "bərkitmədən" kimisə incitmək və sevindirmək istəmirlər.

Xəbər 3131 dəfə oxunub.



04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +