Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


02.01.2024  15:06 

“Qarabağ”ın qapıçısı polis bölməsinə niyə aparılıb? - Rəsmi Açıqlama





A+  A-

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyovun polis bölməsinə aparması barədə dedikləri ciddi rezonans doğurub.

Xəzərnews.az sfera.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycandan kənarda istirahətdə olsa da, məsələ ilə bağlı "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev açıqlama verib:

"Lunyov Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Onlar hesab ediblər ki, Andrey yol hərəkəti qaydalarını pozub. Lunyov bununla razılaşmayıb və avtomobil qaydalarını pozduğunu ona sübut etmək üçün bölməyə dəvət edilib.

Nəticədə Lunyov başa düşüb ki, o, həqiqətən də qaydaları pozub və bütün dünyada olduğu kimi cərimə ödəyib. Andrey özü də iddia edir ki, müsahibə verdiyi rusiyalı jurnalist onun dediklərini müəyyən qədər təhrif edib", - deyə mətbuat katibi bildirib.

Eyni zamanda, "Qarabağ" təmsilçisi Lunyovla bağlı insidentin nə vaxt və harada baş verdiyini, hansı şöbəyə aparıldığını açıqlamayıb.

Xəbər 3059 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +