Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


16.08.2023  10:31 

FHN mobil xəbərdarlıq sistemini niyə qura bilmir? - Açıqlama





A+  A-

"Google yenidən Azərbaycan vətəndaşlarına "Zəlzələ xəbərdarlığı" mesajı göndərib. AMEA-nın Seysmoloji Xidmət Mərkəzi isə handan - hana bildirib ki, telefonlara gələn zəlzələ ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz xatırladıb ki, ötən dəfə də bu haqda qeyd etmişdik ki, bu tip xəbərdarlıq sistemini Seysmoloji Xidmətin dataları əsasında FHN icra etməlidir:

"Reallıq isə ondan ibarətdir ki, FHN-nin vəzifələrini Google icra edir. Google bu dataları beynəlxalq resurslardan əldə etməklə saniyələr öncə Android istifadəçilərə yönəldir.
İndi görünən odur ki, Google FHN və Seysmoloji xidmətimizlə dirəşib ki, bəlkə onlar bu xəbərdarlıq sistemini quralar.

Xatırladıram ki, Azərbaycan bəlkə də yeganə ölkələrdən ola bilər ki, "112 Mobil Xilasedici" resursu yoxdur.

Nəhəng resurslara malik olan FHN dəfələrlə cəhd etsə də bu faydalı mobil xəbərdarlıq və ilkin yardım sistemini ortaya çıxara bilməyib.

Çox təəssüfləndirici bir vəziyyətdir.

Ümid edək, bəlkə də Google bir-iki dəfə də belə xəbərdarlıq mesajları versə FHN və Seysmoloji Xidmət nəhayət ki, belə bir mobil xəbərdarlıq sistemini qura biləcəklər".

Xəbər 2419 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +