Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


08.08.2023  19:22 

Sürücülər 136.5 milyon manat cərimə ödəyib





A+  A-

Son illər ölkədə sürücülərin ödədiyi cərimələrin həcmi ardıcıl şəkildə artır. Ötən il bu rəqəm maksimuma çataraq 136.5 milyon manat olub.

XəzərNews.az xəbər verir ki, məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

2017-ci illə müqayisədə ötən il Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə təyin edilən cərimələrin məbləği iki dəfəyə yaxın artıb.

2017-ci ildə bu rəqəm 73 milyon 731 minmanat olub.

Toplanan cərimələrin necə xərclənməsi "Yol hərəkəti haqqında" Qanunla tənzimlənir. Həmin qanundan bilinir ki, toplanan cərimələrin cəmi 7 faizi dövlət büdcəsinə köçürülür. Vəsaitin yerdə qalan 93 faizi Daxili İşlər Nazirliyinə, Avtomobil Yolları Dövlət Agentliyinə, Bakı Nəqliyyat Agentliyinə və Şuşa Şəhəri Dövlət Qoruğuna verilir. Şuşa Şəhəri Dövlət Qoruğu bu siyahıya prezidentin bu il martın 30-da imzaladığı fərmanla əlavə edilib.

Toplanan cərimə məbləğinin istifadəsinə dair Nazirlər Kabinetinin də qaydaları var. Həmin qaydalarda yol hərəkəti qaydalarının pozulmasına görə toplanan vəsaitin 25 faizinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti aparan və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə edilməsi nəzərdə tutulub. Bu baxımdan, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin artırılması adıçəkilən dövlət qurumları ilə yanaşı, dolayısıyla yol polislərinin gəlirlərinin artmasına da yol açacaq.



Xəbər 2480 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +