Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


18.10.2022  17:42 

Ərdoğanın Qarabağa səfəri İrana cavabdır?





A+  A-

"Ərdoğanın Qarabağa növbəti səfəri Ermənistanın Fransaya arxalanaraq Azərbaycanla sülhyaratma prosesində qeyri-konstruktiv hərəkətlərinə cavabdır" .

XəzərNews.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a politoloq Qabil Hüseynli Ərdoğanın Qarabağda gözlənulən səfəri ilə bağlı deyib.

O bildirib ki, Ərdoğanın bu səfəri İranın son günlər Azərbayacana qarşı şantaj xarakterli hərəkətlərinə də cavab olacaq:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi bir neçə nöqteyi-nəzərdən önəmlidir. Ərdoğan həmişə işğaldan azad edilmiş bölgələrə gəlməklə Azərbaycana düşmən münasibət bəsləyən dövlətlərə qarşı daim ölkəmizin yanında olduğunu göstərir. Həmçinin bədxahlara cavab vermək gücündə olduğunu aydın şəkildə bəyan edir. Bu səfər isə daha çox önəmlidir. Çünki bu səfər İranın Azərbaycana qarşı şantaj xarakteri daşıyan təlimlərinə də çox yaxşı cavab olacaq. Eyni zamanda müxtəlif dillərdə danışmağa cəhd edən qüvvələr görəcəklər ki, Azərbaycanın yanında qüdrətli Türkiyə var. Üstəlik, Azərbaycanın strateji maraqları həm də qardaş Türkiyənin strateji maraqları ilə eynidir. Səfər böyük əhəmiyyətə malikdir. Həmçinin bu səfər iki ölkənin türk dövlətlərilə birlikdə Turan birliyinin yaradılması yolunda nüvə funksiyasını yerinə yetirdiklərini bir daha ortaya qoyur".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana səfər edəcək. Türkiyə mətbuatı xəbər verir ki, səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentləri Zəngilan şəhərində hava limanının açılışında iştirak edəcəklər.

Xəbər 2631 dəfə oxunub.



04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +