Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


02.11.2021  14:49 

“Xalq yazıçısını iki gündən bir hədəfə götürmək insafdan deyil” – Rəşad Məcid





A+  A-

“Hər sözün başına ip salmaq, hər fikri kontekstdən çıxarıb Xalq yazıçısını iki gündən bir hədəfə götürmək insafdan deyil”.

XezerNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış jurnalist Rəşad Məcid Xalq yazıçısı Çingiz Abdullayevə qarşı olan hücumlara münasibət bildirəkən deyib.

“Çingiz Abdullayev səhv anlaşılan fikirlərini izah edib. Qərəzsiz olanlar üçün kifayət qədər aydın izahdır. 44 günlük müharibə dövründə Çingiz Abdullayev əleyhimizə təbliğat aparan Rusiya televiziyasının məlum verilişlərdəki çıxışlarında öz mövqeyini açıq-aşkar ifadə edərək xalqımızın haqq işini anti-Azərbaycan düşüncəli auditoriyanın diqqətinə çatdırıb. O mövqe ilə tanış olan, o fikirləri eşidən adamların bu gün hansısa yanlış anlaşılan sözlərdən yapışması cığallıqdır” – deyə R.Məcid əlavə edib.

R.Məcid bildirib ki, indi Çingiz Abdullayev ordumuzun, həbçilərimizin Vətən müharibəsindəki şücaətindən bəhs edən əsər üzərində işləyir:

“Bu ittihamlar imkan versəydi, Xalq yazıçısı vaxtını və diqqətini o əsərin yaranmasına sərf edərdi”.

Lalə Zahidqızı
XezerNews.az



Xəbər 4107 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +