Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


30.10.2021  19:47 

“Qarabağ” “Neftçi”ni darmadağın edib





A+  A-

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
XezerNews.az xəbər verir ki, IX turun mərkəzi qarşılaşmasında üz-üzə gələn “Qarabağ” - “Neftçi” oyununun birinci hissəsi başa çatıb.

Komandalar fasiləyə “Qarabağ” klubunun 3:0 hesablı üstünlüyü ilə yollanıb.

Oyunda hesabı 10-cu dəqiqədə Filip Ozobiç açıb. Qoldan beş dəqiqə sonra Abdulla Zubir fərqi iki topa çatdırıb.

Qarşılaşmanın 23-cü dəqiqəsində matçın baş hakimi Əliyar Ağayev “flaqman”ın qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Filip Ozobiç özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Matçın 37-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Ömər Buludov ciddi zədələnib. İyirmi üç yaşlı müdafiəçi meydanı xərəkdə tərk edib. Onun yerinə İsmayıl Zülfüqarlı daxil olub.

Qarşılaşmanın 90+2-ci dəqiqəsində Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Qarabağ" vahid lider olub. Qonaqlar isə 17 xalla ikinci sıradadır.

Xəbər 3432 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +