Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


29.07.2021  21:49 

Həmsədrlər sərhəddəki gərginliklə bağlı bəyanat yaydı





A+  A-

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatlıqlarını bildiriblər.
XəzərNews.az xəbər verir ki, bu barədə həmsədrlərin birgə bəyanatında deyilir. Onlar hər iki ölkəni vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə çağırıblar. Həmsədrlər tərəfləri Qarabağla bağlı üçtərəfli bəyanata uyğun olaraq atəşkəs rejiminin qorunması ilə bağlı öhdəliklərini tam yerinə yetirməyə çağırıblar. Onlar münaqişənin bütün əsas məsələlərinin razılaşdırılmış, hərtərəfli və stabil həll edilməsinin zəruriliyini bir daha təsdiqləyərək tərəfləri ən qısa zamanda Minsk Qrupunun himayəsi altında danışıqlara qayıtmağa çağırıblar.

Onlar bir daha tərəflərin ilkin şərtlər olmadan prioritetlərini əks etdirən strukturlaşdırılmış gündəliyi birlikdə nəzərdən keçirə bilməsi üçün birbaşa ikitərəfli məsləhətləşmələrin təşkili barədə təkliflərini təkrarlayıblar. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və komandasının səylərini dəstəklədiklərini də bildiriblər.



Xəbər 4137 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +