Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


12.03.2020  14:23 

Bakıdakı Avropa çempionatı təxirə salınmayacaq





A+  A-

Martın 25-dən 29-dək Bakıda böyüklər arasında 55-ci və Para-Karate üzrə növbəti Avropa çempionatı keçiriləcək.
XəzərNews.az xəbər verir ki, Milli Gimnastika Arenasında 5 gün ərzində 4 tatamidə keçiriləcək mötəbər yarışı 4-ü azərbaycanlı olmaqla, 120-dək beynəlxalq hakim idarə edəcək. Olimpiadaya lisenziya xalları verən yarışa 50-dən artıq ölkədən karateçilərin qatılması gözlənilsə də, dünyada məlum pandemiya səbəbindən 43 ölkədən 460 idmançının, para-karate çempionatında isə 6 ölkədən 33 idmançı iştirak edəcəyi rəsmiləşib. Qitənin ən güclülərindən olan İtaliya komandasının 8 idmançı ilə Avropa çempionatına gələcəyi də son anda dəqiqləşib.

Avropa Karate Federasiyasının (EKF) Təşkilat komitəsinin sədri Esteban Perez bildirib ki, qeydiyyat müddətinin bitməsinə baxmayaraq, məlum gərginliklə əlaqədar yarışqabağı Azərbaycan gələn komandalar qeydiyyata salınacaq. Qitə çempionatına gələn EKF və ölkə federasiyalarının rəsmiləri, həmçinin bir sıra komandaların heyəti “Boulevard Hotel”-də, əksəriyyət komandalar isə Atletlər kəndində məskunlaşacaqlar.

Dövlət dəstəyi sayəsində qarşıdakı nüfuzlu yarışın yüksək səviyyədə keçiriləcəyini bildirən AMKF prezidenti Yaşar Bəşirov, Avropa çempionatına hazırlıq işlərinin plan üzrə getdiyini və yarışın təxirə salınması, eləcə də tribunalarda azarkeşsiz keçməsi üçün rəsmi göstəriş olmadığını bildirir: -“Biz bu yarışa ciddi hazırlaşırıq, üstümüzə üçqat məsuliyyət düşür. Avropa medalları qazanmaqla yanaşı, qitə çempionatını idman ölkəsi olan Azərbaycanın adına layiq təşkil etməli, həm də olimpiya lisenziya yarışı səviyyəsində keçirməliyik. Bu işlərdə dəstək verən ölkənin ali idman qurumlarına minnətdarlığımızı bildirir və bizə olan ümidlərin doğrulması üçün əlimizdən gələni edirik.”

Xəbər 3472 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +