Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


11.04.2019  11:01 

Azərsu “Embawood”un suyunu kəsdi - Borca görə





A+  A-

“Azərsu” ASC “Embawood” mebel şirkətinin Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 A ünvanında yerləşən mebel salonunun istehlak edilən su borcunu ödəmədiyinə görə su xəttini kəsib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, ötən il dekabrın 18-də tərtib edilmiş fakturada mebel salonunun 549 manat borcu olduğu hesablanıb, şirkət isə borcun məbləği ilə razılaşmayıb bu pulu ödəməkdən imtina edib. Buna görə də “Azərsu” salona suyun verilməsini dayandırıb və obyektin sahibi Şahlar Məmmədovun adına olan smart tipli su sayğacını bloklayıb.

“Azərsu” ASC-nin bu hərəkətindən “Embawood” məhkəməyə müraciət edib və borcun silinməsini, suyun verilməsinin bərpa edilməsini tələb edib. Şikayətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Səbinə Nuriyeva baxıb.

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehin alması haqqında sənəd məhkəməyə təqdim olunmayıb. İddia ərizəsi electron formada doldurulub və elektron iddia ərizəsi Adgözəlova Günel Xəlil qızı tərəfindən imzalansa da, iddia ərizəsinə onun səlahiyyətini təsdiq edən sənəd əlavə olunmayıb.

Buna görə də “Embawood” MMC və Şahlar Məmmədovun iddia ərizəsi geri qaytarılıb.

Xəbər 3119 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +