Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


12.10.2018  11:21 

ABŞ-dakı erməni təxribatına görə petisiya BAŞLANDI





A+  A-

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları ABŞ-ın Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılmasına etiraz edirlər.
Bununla bağlı, artıq diaspor təşkilatlarının etiraz məktubları yayılmaqdadır.

Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Etirazlarda bildirilir ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoymasına çağırışla bağlı, BMT başda olmaqla, müxtəlif beynəlxalq təşkilatların dəfələrlə qətnamə, bəyanat və s. qəbul etməsinə baxmayaraq, Kaliforniya ştatında belə bir addımın atılması ciddi təəssüf doğurur. Özünü demokratiyanın beşiyi adlandıran, BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 822, 853, 874, 884 saylı qətnamələrin lehinə səs verən, ATƏT-in Minsk qrupunun həmsədri də olan bir ölkədə prospektin Arsax adlandırılması, ikili standartların nümunəsidir və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdidir.

Bu haqsızlığın bərpası, işğalçıya dəstək cəhdinin qarşısının alınması məqsədilə müvafiq etiraz kampaniyasına başlanılıb və bununla bağlı petisiya hazırlanıb. Bütün soydaşlarımızın etiraz aksiyasına qoşulması, aşağıda göstərilən linkə daxil olaraq, petisiyaya imza atması və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdinin qarşısının alınmasında iştirakı zəruridir.

http://www.stopprovocation.com

Xəbər 7817 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +