Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


21.01.2018  13:38 

Məhkəmədən Telman İsmayılovun şirkətinə qadağa qoydu





A+  A-

Moskva Arbitraj Məhkəməsi Rusiya reyestr xidmətinə əvvəllər “Tropikano” biznes-klubu” şirkətinə məxsus olmuş bina ilə bağlı hər hansı qeydiyyat işlərinin aparılmasını qadağan edib.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu şirkət Telman İsmayılovun AST şirkətlər qrupuna daxildir.

Bununla da, məhkəmə İsmayılovun şirkətinin müflisləşməsi ilə əlaqədar “Tropikano biznes-klubu” şirkətinin müsabiqə idarəedicisi Yevgeni Pimenovun müvafiq ərizəsini təmin edib. Məhkəmə həmçinin “Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinə sahəsi 6 min kvadrat metrdən artıq olan biznes-mərkəzin binası üzrə istənilən hərəkəti qadağan edib.

Müsabiqə idarəedicisinin nümayəndəsi məhkəmədə bildirib ki, borcluya məxsus olan bina 2013-cü ildə “Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinin nəzarəti altında olan investisiya fondunda paya dəyişdirilib. Bu sövdələşmə özü də hazırda məhkəmədə mübahisə obyektidir, belə ki, iddiaçının fikrincə, bu zaman hüquqlardan sui-istifadə olunub və həmin sövdələşmə aktivlərin çıxarılması məqsədini daşıyıb. İddiaçının sözlərinə görə, hazırda borclunun nə 1 milyard rubl dəyəri olan binası, nə də investisiya fondunda payı yoxdur.

Qeyd edək ki, “Tropikano biznes-klubu” şirkətinin müflisləşməsi ilə bağlı işin təşəbbüskarı VTB qrupuna daxil olan “BM-Bank”dır. Borclunun bank qarşısında 19,2 milyard rublluq öhdəliyi var ki, bunun da 10,5 milyard rublu əsas borc məbləğidir.

Xəbər 2761 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +