Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


22.05.2017  19:23 

ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırıldı





A+  A-

ABŞ-ın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
XəzərNews.az-ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, səfirə ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfər edərkən onu müşayiət edən XİN rəhbəri Mövlud Çavuşoğlunun mühafizəçilərinə qarşı ABŞ təhlükəsizlik qüvvələrinin qeyri-peşəkar davranışı ilə bağlı yazılı və şifahi etiraz bildirilib.

Türkiyə XİN-i rəsmən ABŞ hökumətindən bu diplomatik insidenti tam araşdırmağı və zəruri izahatlar təqdim etməyi tələb edib.

Xatırladaq ki, R. T. Ərdoğan mayın 16-da ABŞ-a səfər edib. Vaşinqtonun mərkəzində Türkiyə liderinin tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib. Hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Xəbər 2995 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +