Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


25.05.2025  00:46 

Elgiz Əkbər yas mərasimlərini tənqid edib





A+  A-

Aparıcı Elgiz Əkbər yas mərasimlərini tənqid edib.

XəzərNews.az xəbər verir ki, bu barədə o, aparıcısı olduğu "Elgizlə izlə" verilişində danışıb:

"Yas sahibinin onsuz da əzizi gedib. Siz oraya aş, boşbaş yeməyə getməmisiniz. Gedirik ki, yazığın yanında olaq, təsəlli verək ki, həmin mərhələni aşa bilsin. Onda elə çıxır ki, biz gedirik yas sahibinin yarasına duz tökməyə. Ölüsü bir tərəfdə sən də ağı deyib yarasına duz tökürsən. Bu biri tərəfdən də camaat qarnını doydurur. Bu, nə adətdir? Bunu tövsiyə kimi deyirəm. Kənardan pis görünür. Yas sahibinin yanında əyləşib onun başını qatmalıyıq. Yoxsa ki, kənardan elə görünür iki, bizim işimiz gedib orada qarnımızı doydurmaqdır. Aş az olanda da söz edək ki, bizə yemək vernədilər. Guya kimsə yas sahibi daha çox ağlatsa, onu daha çox istəyir".

Elgiz öz yas mərasimində yaxşı mahnılar çalınmasını vəsiyyət etdiyini bildirib:

"Mən öləndə demişəm, gözəl mahnılar qoyulsun. Melodiya olsun".

Xəbər 2353 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +