Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


18.04.2025  13:11 

“Eko Ferma Azərbaycan” MMC niyə yalnız bu icra hakimiyyətlərinin tenderlərini udur?





A+  A-

Ötən gün daha bir tenderin nəticəsi məlum olub.

XəzərNews.az tribunaonfo-ya istinadən xəbər verir ki, Qubadlı rayon İcra Hakimiyyətinin keçirdiyi 150 min manatlıq tender ağac və bitki kollarının satın alınması ilə bağlı olub.

Rəsmi qaynaqlarda yer alan xəbərə görə, müsabiqənin qalibi “EKO FERMA AZƏRBAYCAN” MMC olub.

Bununla bağlı apardığımız araşdırma zamanı məlum olub ki, sözügedən şirkət son iki ildə 7 tenderin qalibi olub. Maraqlıdir ki, “EKO FERMA AZƏRBAYCAN” yalnız iki İcra Hakimiyyətinin tenderlərinin qalibi seçilə bilib. Belə ki, şirkət ötən il də Qubadlı İcra Hakimiyyətinin eyni məzmunlu müsabiqəsini udub. Bu tenderlərin 2024-cü ildəki sayı iki olub. Onlardan biri 45 min manat, digəri isə 80 min 350 manat təşkil edib.

MMC-nin udduğu ikinci tender isə Sumqayıt Şəhər İcra Hakimiyyətinə aid olub. Belə ki, Yaşıllıqların və əlaqədar məhsulların satınalınması ilə bağlı müsabiqəyə görə İcra Hakimiyyəti “EKO FERMA AZƏRBAYCAN”a bu ilin yanvarında 255 min manat ödəyib. Keçən ilin yayında isə MMC İcra Hakimiyyətindən daha 237 min manatlıq tender udub.

Onu da qeyd edək ki, sözügedən şirkət 2023-cü ildə də Sumqayıtda iki tenderin qalibi olub. Güllərin və qazonun əkilməsinin satın alınmasına görə, 104.900 manat alan şirkət, ağac və kolların satınalması üçün 62.500 manat ödəniş əldə edib.

“Eko Ferma Azərbaycan” MMC 2 fevral 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat təşkil edən şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 59-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Masimov Rüfət Ramazan oğludur. O, əvvəllər fərdi sahibkar kimi fəaliyyət göstərib.

Xəbər 2931 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +