Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


09.02.2022  21:12 

“Cəmi 4 faizlə ev ala bilmək şansı yarandı”





A+  A-

Məlum olduğu kimi, Azərbaycanda jurnalistlər güzəştli ipoteka krediti əldə edə biləcək. Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmanda qeyd edilir.

Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Bundan əlavə, gənc ailənin üzvü olmayan, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də bu imkandan yararlana biləcəklər.

Qeyd edək ki, Azərbaycanda güzəştli ipoteka krediti 4 faizlə verilir.

“Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli bildirib ki, artıq jurnalistlər də öz evlərini özləri ala biləcək: “Prezident İlham Əliyevin Fərmanı ilə gənc ailənin üzvü olan, ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də gənc ailə olmayan, lakin ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka şərtlərindən yararlana bilər. Beləliklə, cəmi 4 faizlə ev ala bilmək şansı yarandı və burada həm uzun illər mediada çalışmış şəxslərin, həm də gənclərin nəzərə alınması sevindiricidir. Yəni heç kim kənarda qalmır, nə narazılıq olur, nə də inciklik. 5 il jurnalist kimi işlədikdən sonra mənzil probleminin həlli imkanı yaranır.

Bu, Media Agentliyinin yaranması ilə başlanan islahatların mediaya ən böyük töhfələrindən hesab oluna bilər. Eləcə də Media Reyestrinin niyə və nə qədər vacib olduğu bir daha təsdiq olunur. Bu imkanı yaratdığı üçün Prezident İlham Əliyevə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirik”.

Xəbər 3282 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +