Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


05.08.2021  13:16 

11 nəfər dərmandan zəhərləndi, 4-nü gürzə sancdı





A+  A-

Son 10 gündə Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə edilən müraciətlərin sayı və səbəbi açıqlanıb.
XəzərNews.az-ın məlumatına görə, Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Modern.az-a bildirib ki, 10 gün ərzində 3-ü Bakı kəndində, 1-i rayonda olmaqla, 4 nəfəri gürzə ilan sancıb.

A.Maqsdovun sözlərinə görə, 4 nəfərin hamısı böyüklər olub:

“Xəstələrə zərdab vurulub, onlar arasında ölən olmayıb. Bundan başqa, 3 nəfər sirkə turşusu ilə zəhərlənib, onlar arasında da ölüm qeydə alınmayıb.

11 nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib, 9-nu xəstəxanaya qəbul etmişik. Zəhərlənənlərdən 2-si uşaqlar olub. Zəhərlənmələr əsasən, həkim təyinatındakı dərmanların qəbulu zamanı doza həddinin aşılması ilə müşayiət olunub. Hesabat dövründə 5 nəfər allergik reaksiya ilə müraciət edib”.

Baş toksikoloq bildirib ki, COVID-19 peyvəndindən sonra 3 nəfərdə narahatlıq yaranıb:

“10 gündə 3 nəfər peyvənd olunan şəxs müraciət edib. Onlarda qızarma, qaşınma, temperatur yüksəlməsi, isterik reaksiyalar olub. Məsələhət alıb evə buraxılıblar, qorxulu vəziyyət yaşanmayıb”.

Xəbər 3706 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +