Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


02.06.2021  13:49 

“İcazə blankları”nın bölgüsündə dəyişiklik





A+  A-

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın daşıyıcılar arasında bölüşdürülməsi prosesi Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən həyata keçiriləcək.
XəzərNews.az xəbər verir ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ABADA İctimai Birliyi arasında razılaşma əldə edilib. Razılaşmanın tətbiqi nəticəsində avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması təmin ediləcək. Məqsəd avtomobil daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, daşıyıcıların və sürücülərin peşəkarlıq keyfiyyətlərinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasıdır.

Razılaşma sənədi gələcəkdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaq.

Razılaşmaya əsasən, “İcazə blankları”nın daşıyıcılar arasında bölgüsünün müəyyən meyarlar əsasında tam şəffaf həyata keçirilməsi məqsədilə ABADA tərəfindən təmin edilməsi qərara alınıb. "İcazə blankları” ölkələrarası iqtisadi-siyasi əlaqələrdən və daşımaların həcmindən asılı olaraq kvota əsasında müəyyən olunaraq mübadilə edilir.

“İcazə blankları”nın bölgüsünün təkmilləşdirilməsi ehtiyacını nəzərə alaraq, qanunvericiliyə uyğun şəkildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə ABADA İctimai Birliyi arasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsi üzrə əməkdaşlıq haqqında” Memorandum da imzalanıb. Memoranduma əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün istifadə olunan kvota üzrə mübadilə edilən xarici ölkələrin birdəfəlik “İcazə blankları” və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələrinə olan tələbatın müəyyən edilməsi və həmin icazələrin yerli avtodaşıyıcılar arasında bölgüsünün yeni mexanizminin formalaşdırılması ABADA tərəfindən icra ediləcək.

“İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. İcazə blankı hər iki ölkə arasında qarşılıqlı razılığa əsasən eyni sayda mübadilə edilir. Yükdaşımanı icra edən sürücü məhz "İcazə blankları" vasitəsilə xarici ölkələrdən yükləri ya öz ölkəsinə, ya 3-cü ölkəyə, ya da məhsulu təhvil aldığı ölkədə daşıma izni əldə edir.

Xəbər 3543 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +