Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


21.12.2020  16:58 

Apreldə tanışını bıçaqlayıb qaçan şəxs həbs edildi





A+  A-

Suraxanı rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayətini törədərək hadisə yerindən qaçmış şəxsin tutularaq istintaqa cəlb edilməsi təmin edilib.
Suraxanı rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, cari il aprelin 25-də Suraxanı rayonu ərazisində Faris Babaşovun tanışı Ülvi Hüseynova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə hadisə yerindən qaçması müəyyən edilib.

Faktla bağlı 25.04.2020-ci il tarixdə Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış və Faris Babaşov CM-nin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 19.12.2020-ci il tarixdə axtarışda olan Faris Babaşov tutularaq istintaqa cəlb edilib və barəsində Suraxanı rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər 3646 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +