Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


29.10.2020  16:22 

“DSMF-nin Tərtərdəki binası tamamilə dağılıb” - İcra başçısı





A+  A-

Tərtər rayon icra başçısı Müstəqim Məmmədov rayona baş çəkən diplomatları müşayiət edən yerli və xarici media nümayəndələrinə açıqlama verib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, M.Məmmədov bildirib ki, Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində ölənlər və yaralananlar var:

“61 nəfər yaralanıb, onlardan 52 nəfər müalicə olunaraq evə buraxılıb. 9 nəfər Bakıda, Gəncədə və Mingəçevirdə müalicə olunur.

Bir neçə saat əvvəl Tərtərə iki qadağan olunmuş raket atılıb, onlar rayonun Səhləbad, Əskipara və Ələsgərli kəndi istiqamətində partlayıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, evlərə, təsərrüfatlara ziyan dəyib. Gün ərzində iki raket, 71 mərmi rayona düşüb.

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində 873 evə zərər dəyib, 14 məktəb dağılıb, 3 həkim məntəqəsi, bir musiqi məktəbi, bir peşə məktəbi, üç uşaq bağçası, 100-ə yaxın ticarət və xidmət obyekti, iki böyük pambıq emalı zavodu, bir xalçaçılıq fabriki, çörək istehsalat müəssisələri daxil olmaqla 10-a yaxın müəssisə dağıdılıb.

Rayonda olan 18 inzibati binaya ziyan dəyib, Dövlət Sosial Müdafiə Fondunun binası tamamilə dağılıb. Əhaliyə məxsus 120-dən çox obyektlərə ziyan dəyib. Yüzlərlə iri buybuzlu və xırda buynuzlu heyvanlar tələf olub. Rayonda əkilən 3 min hektar pambıq və min hektara yaxın çuğundurun yığımı dayandırılıb. Lakin buna baxmayaraq əhali rayonda qalır, onlar üçün 11 min 16 ədəd sığınacaq var, 70 yerdə 44 042 kvadratmetr zirzəmi ayrılıb”.

Xəbər 3842 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +