Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


24.01.2020  17:52 

Uşaq evindəki bu görüntüyə görə 2 işçi cəzalandırıldı





A+  A-

Səhiyyə Nazirliyi son günlər sosial şəbəkədə Gəncədəki uşaq evində uşaqların bir-birinə bağlanaraq yatızdırılması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, nazirlik qeyd edib ki, sosial şəbəkədə yenidən yayımlanan video və şəkillərin 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yaradılıb.

Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb.

Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olması ilə bağlı deyə bilərik ki, bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir-bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir.

Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır.

Xəbər 5028 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +