Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


06.01.2018  14:43 

İtkin alpinistlərin rabitə vasitələri ilə axtarışına dair - Rəsmi açıqlama





A+  A-

““Gilavar”- hava və ekstrim idman klubunun üzvlərinin rabitə vasitələri əsasında yerlərinin müəyyən edilməsinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət daxil olmayıb”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxan və itkin düşən “Gilavar”- hava və ekstrim idman klubunun üzvlərinin rabitə vasitələri əsasında yerlərinin müəyyən edilməsinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət daxil olmayıb:

“Eyni zamanda, qeyd etmək istərdik ki, həmin şəxslərin sonuncu dəfə hansı məntəqədə rabitə vasitələrindən istifadəsini, baza stansiyası ilə rabitə qurğusuna qədər olan məsafəni müəyyən etmək üçün Nazirliyin və tabelindəki telekomunikasiya müəssisələrinin araşdırma aparmağa texniki imkanları yoxdur. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu cür araşdırma işlərinin aparılması hüquq-mühafizə orqanlarının səlahiyyətindədir”.

Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Xəbər 3035 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +