Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


26.12.2017  12:21 

Avtovağzal gücləndirilmiş iş rejiminə keçdi





A+  A-

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ilə əlaqədar iş qrafikində dəyişiklik edib.
Kompleksdən XəzərNews.az-a verilən məlumata görə, dekabrın 25-dən yanvarın 4-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsi ilə təxminən 8,5-9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 650-700-dən yuxarı reyslə 16-17 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri kassadan və ya onlayn qaydada əldə etmək mümkündür.

Xəbər 3095 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +