Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


09.10.2017  15:34 

“Biz niyə Avropa Şurasında qalmışıq?” - Səməd Seyidov





A+  A-

Bu gün Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Strasburqda başlayan payız sessiyasının ilk plenar iclasında qurumun fəaliyyətinə dair hesabat ətrafında müzakirələr aparılıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın gələcəyi ilə bağlı nikbin olmadığını bildirib: “Əfsuslar olsun ki, mən AŞPA-nın gələcək fəaliyyətinə dair burada həmkarlarımın səsləndirdiyi nikbin fikirləri bölüşə bilməyəcəyəm. Təşkilatımız hazırda çox çətin bir vaxtını yaşayır. Hesabatın adı təşkilatın fəaliyyətində irəliləyişlər barədədir, amma Umberto Ekonun dili ilə desək, bu, tərsinə gedən irəliləyişdir. İrəli getmək əvəzinə, biz geriyə addımlayırıq. Bizi dalana salan məsələ təşkilatda liderliyin və hədəfin olmamasıdır. Təəssüf ki, biz burada təşkilatın əsas prinsipləri olan demokratiya, insan hüquqları və qanunun aliliyinin qorunması əvəzinə, daha çox kreslo, vəzifə üstündə mübarizə, şəxsi çəkişmələrin şahidi oluruq. Bu da bizim təşkilatın nüfuzuna ciddi zərbə vurur”.

S. Seyidov AŞPA-da sədr seçkisinə toxunub: “Bu gün biz yeni sədr seçirik. Mən yeni sədrin kim olacağını bilmirəm, amma ümid edirəm ki, yeni sədr bizi baş verən bu böhrandan çıxarmaq üçün lazımi əzmkarlıq nümayiş etdirəcək və buna gücü çatacaq. Biz görəndə ki, buradakı bəzi parlamentarlar, eləcə də Avropa Şurasının baş katibi bir sıra üzv ölkələrə qarşı çox aqressiv və dözümsüz bəyanatlar verirlər, o zaman özümüzə belə bir sual veririk ki, bəs biz burada nə edirik, nə üçün bu təşkilatda qalmışıq? Biz müsəlman ölkəsi olaraq Avropa dəyərlərinin inkişafına öz töhfələrimizi vermişik. Amma nədənsə ən çox təzyiq bizə qarşı olur. Biz, özlərini Roma papasından daha çox katolik kimi aparan bəzi Avropa siyasətçilərinin əsassız təzyiqlərini qəbul etmək fikrində deyilik. İstədiyimiz odur ki, təşkilatın bütün üzv ölkələrinə eyni adekvat münasibət sərgilənsin. Amma biz hətta AŞPA daxilində separatizm cərəyanlarını görürük və bu, bizi bir sual ətrafında da düşünməyə vadar edir: nədən biz bu təşkilatdayıq? Bu sualın cavabını hələlik bilmirəm”.

Xəbər 2955 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +