Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək


15.08.2017  10:05 

Sosial sahələrə nə qədər pul xərclənib?





A+  A-

2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat və ya əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,3 faiz az vəsait yönəldilib.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, vəsaitin 5395,0 milyon manatı neft sektoruna, 3333,8 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 79,2 faizi məhsul istehsalı obyektlərinin, 15,6 faizi xidmət sahələri üzrə obyektlərin, 5,2 faizi isə ümumi sahəsi 973,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,5 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71,6 faiz, bank kreditləri 10,6 faiz, büdcə vəsaitləri 11,5 faiz, əhalinin şəxsi vəsaitləri 4,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,5 faiz təşkil edib.

Xəbər 3302 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi


BÜTÜN XƏBƏRLƏR +