Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


16.03.2021  15:58 

“Ermənilər əllərinə keçəni çaylara axıdır”





A+  A-

“Azərbaycan azsulu ölkələrdən biri olduğu üçün ölkə suya olan tələbatının 70 faizini kənardan formalaşdırır. Azərbaycanın su potensialının çox hissəsi məhz elə Qarabağda olub”.
XəzərNews.az xəbər verir ki, bu barədə ekologiya və təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, işğaldan azad olunan ərazilərdə su ehtiyatları ilə bağlı müvafiq monitorinq işləri davam etdirilir.

F. Əliyev qeyd edib ki, Ermənistan zaman-zaman ekologiya ilə bağlı konvensiyaları pozub:

“Bilirsiniz ki, transsərhəd çayları və beynəlxalq göllərin mühafizəsi ilə bağlı konvensiya var. Ermənistan bu konvensiyanın üzvü olmadığı üçün heç bir məsuliyyət də daşımır. Müvafiq monitorinqlər gedir, ilkin araşdırmalarla bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq.

Ermənilər Oxçuçay üzərindəki filiz saflaşdırma zavodunun tullantılarını çaya axıdıb. Həmçinin onlar mənfur xislətlərindən qalmadan əllərinə keçəni çaylara axıdır və o da gəlib Araz çayına tökülür. Nəticədə, təbiətimiz və çaylarımız çirkləndirilir. Bununla bağlı da monitorinqlər gedir, beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq”.

Xəbər 3443 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +