Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb
Günay Qurbanova Avropa çempionu olub
Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...


20.11.2018  12:34 

Kanalizasiyadan mal başları çıxdı





A+  A-

Biləcəri qəsəbəsinin Füzuli küçəsindən keçən 1000 mm diametrli kanalizasiya kollektordan kəsilmiş mal başları və digər bərk məişət tullantıları çıxarılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sosial şəbəkədə məlumat paylaşıb. A.Cəbrayıllı bidlirib ki, həmin ərazidə kanalizasiya quyusundan çirkab suların qaynaması barədə “Azərsu” ASC-yə müraciət daxil olduqdan sonra baxış keçirilib, əraziyə xətləri yüksək təzyiqlə yuyan xüsusi təyinatlı maşın və digər mexanizmlər cəlb olunub: “Bütün səylərə baxmayaraq, kollektroda baş verən tutulmanı açmaq mümkün olmayıb. Sonra kollektorun 4 metr dərinlikdən keçən hissəsinin üzəri açılıb, dəmir-beton boru 2 yerdən sındırılaraq xəttin içərisinə müdaxilə olunub. Tutulma baş verən hissədən bir-birinə və borunun divarlarına pərçim olunmuş kəsilmiş mal başları, çoxlu sayda sement kisələri, hər birinin uzunluğu 1 metrdən çox olan 2 taxta parçası, digər bərk məişət tullantıları çıxarılıb və çirkab suların normal axını təmin edilib. Adi hallarda kollektorda tutulmalar bir-neçə saata aradan qaldırlırsa, Biləcəri qəsəbəsi Füzuli küçəsində kollektorun təmizlənməsi 3 gündən artıq vaxt aparıb.

Heyvan kəsimi ilə məşğul olanlara, eləcə də əhalinin diqqətinə bir daha çatdırırıq ki, kanalizasiya xətləri tullantı suların axıdılması üçün nəzərdə tutulub, ora hər hansı bərk məişət tullantıların atılması yolverilməzdir. Belə hallar kollektorlarda tez-tez tutulmalara, yolların, həyətlərin və ətraf ərazilərin çirkab suları altında qalmasına səbəb olur”.

Xəbər 2902 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +