Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


11.11.2024  16:04 

Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar





A+  A-

Belə ki, bu gün Ümumukrayna Mədəniyyət İşçiləri və Xalq Yaradıcılığı Ustaları Günündə Bakının tam mərkəzində yenilənmiş Ukrayna Mərkəzinin təntənəli açılışı oldu.

Xəzərnews.az xəbər verir ki, açılış zamanı Ukraynanın ölkəmizdəki səfiri Yuriy Husyev Ukraynaya göstərilən dəstəyə görə təşəkkür edib və qeyd edib ki, Ukrayna -Azərbaycan mədəniyyətlərarası əməkdaşlığı uzun tarixə və əhəmiyyətli inkişaf potensialına malikdir və Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində növbəti mühüm addımdır. Tədbirə gələn qonaqlar indi müxtəlif mədəni tədbirlərin, mühazirələrin, ustad dərslərinin və sərgilərin keçirildiyi platformaya çevriləcək mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Açılışın xüsusi məqamı ukraynalı fotoqraf Maksim Starikovun “Uşaqların düşüncələri” adlı sərgisinin premyerası oldu. Azərbaycanda ilk dəfə təqdim olunan bu sərgi müharibə şəraitində yaşayan Ukrayna uşaqlarına həsr olunub. Onların arzularını, hekayələrini və dinc gələcəyə olan ümidlərini əks etdirən ağ-qara fotoşəkillər iştirakçıların hamısının ürəyinə toxundu.

Tədbirdə Ukrayna icmalarının rəhbərləri və Ukraynaya dost olan ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri xanımları ilə birlikdə iştirak ediblər. Ukraynanın dostları ölkələrimiz arasında mədəni və təhsil mübadiləsinin vacibliyini vurğuladılar. Bakıda Ukrayna Mərkəzinin açılması təkcə mədəni hadisə deyil, həm də Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmlənməsi üçün mühüm addımdır. Mərkəz Azərbaycandakı Ukrayna icması və Ukrayna mədəniyyəti və tarixi ilə maraqlanan hər kəs üçün görüş yerinə çevriləcək.

Ukrayna mədəniyyətini dəstəkləyən və təbliğ edən hər kəsə səmimi təşəkkürümüzü bildiririk!











Qabil Osmanlı
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi




Xəbər 8800 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +