Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb


12.03.2024  09:46 

Səfərdə olan şəxs oruc tuta bilərmi?





A+  A-

Ramazanda ən çox verilən suallardan biri də səfərdə olan şəxslərin oruc tutması ilə bağlıdır. Dinimizə görə səfərdə olan şəxslər oruc tutmaya bilərlər. Bu barədə Qurani-Kərimdə buyurulur: “...Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun!..” (əl-Bəqərə, 184). Beləliklə səfərdə olan şəxs oruc tutmaya bilər. Ancaq bir şərtlə ki, sonradan onun qəzasını tutsun.

Məhəmməd Peyğəmbərin (s) hədislərində də səfərə çıxanlara oruc tutmaq tövsiyə olunmur. Hədislərin birində buyurulur: “Peyğəmbər səfərdə ikən taqətdən düşmüş bir kişinin ətrafına toplaşmış əshabələri görüb (onlardan): “Nə baş verib?” – deyə soruşdu. Onlar: “Bu adam oruc tutub” – deyə cavab verdilər. Peyğəmbər buyurdu: “Səfərdə oruc tutmaq yaxşı əməl deyildir”.

Məlum olduğu kimi, o dövrdə bir bölgədən digər bölgəyə səfər etmək və səfərdə oruc tutmaq həmin dövrün insanları üçün çox çətin idi. Çünki müasir nəqliyyat vasitələri həmin dövrdə yox idi. İndi isə insanlar 100 kilometrlərlə məsafəni bir-neçə saata təyyarə ilə qət edə bilirlər.

Beləliklə yenidən o nəticəyə gəlirik ki, səfərdə oruc tutmamaq Allahın bəndəyə ehsanı və lütfüdür və səfərdə olan insanlar oruc tutmaya bilərlər. Ancaq kiminsə səfərdə olarkən oruc tutmasına hər hansı qadağa yoxdur. Əgər kimsə düşünürsə ki, sonradan tutmadığı günlərin qəzasını tutmaq çətin olacaq onun üçün orucuna davam edə bilər. Xüsusilə də indiki müasir nəqliyyat vasitələrinin inkişaf etdiyi bir dövrdə. Orucu açmaq üçün icazə verilən səfər məsafəsinə gəldikdə isə bu 90 kilometrdir.

Allah bütün dua və orucları qəbul etsin! Allah ölkəmizi, dövlətimizi qorusun!

Ceyhun MƏMMƏDOV

Milli Məcliisn deputatı, Fəlsəfə doktoru




Xəbər 11549 dəfə oxunub.



02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +