200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


21.02.2017  10:58 

Bərdədə bir ailənin çarəsizliyi: Vidadi Babayev rayonu zülmətə qərq edib





A+  A-

Bərdə Rayon Enerji Satışı və Təchizatı İdarəsi rəisi təkcə öz yaşadığı evə fasiləsiz işıq verir
Sakinlərin sözlərinə görə, idarə rəisi Vidadi Babayevin mənzilində işıqlar gur-gur yanır.

Rəisin çil-çırağı yansa da, abonentlərin günü qaradır. “Azərişıq” ASC sədri Baba Rzayevə üz tutan bərdəlilər yeni rəis təyinatı gözləyir.

Çünki Bərdədə tez-tez işıqlar sönür, fasilələrlə verilir, evlərdə soyuducular, elektrik sobaları sıradan çıxır, mənzillər donur, ütü, fen kimi məişət texnikası xarab olur. Sakinlər rayon İşıq İdarəsinin müdiri Vidadi Babayevdən ciddi şəkildə narazıdır.

Buna səbəb abonentlər qeyri-qanuni borcların yazılması, işıq təchizatında fasilələr, kəndlər və ətraf ərazilərdə işıqların tez-tez sönməsi, şikayətə gələnlərin isə kobud şəkildə təhqir olunmasıdır. Bərdədə yalnız məmur evi çıl-çıraqdır, bütün rayon isə zülmətə qərq olub.

Bərdə camaatının gününü zindan edən V.Babayev şikayətçiləri hədələyir və onları qapıdan içəri buraxmır. Abonentlərə qarşı kobud rəftarı və danışığı ilə rayonda tanınan bu məmur yuxarı instansiyalardan qorxmur.

Sakinlər deyirlər ki, V.Babayevin rayonda böyük biznes imkanları var.

Onun xeyli sayda obyektləri fəaliyyətdədir. İddia olunur ki, işıq idarəsi müdiri əldə etdiyi gəlirlərdən öz kommersiya şəraitini qurub. Bu azmış kimi, qaba xarakterə malik olan idarə rəisinin öz obyektlərində enerji istifadəsində maxinasiyalara yol verildiyi iddia edilir.

Sakinlər deyirlər ki, Bərdə məcburi köçkünlərin yaşadığı rayonlardandır. Köçkünlər kasıb vəziyyətdə yaşayır. Onların işığının tez-tez kəsilməsi ilə gününü daha da zindan edirlər.

Onu da deyək ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilən müddətdən indiyədək, məcburi köçkünlərin məskunlaşdığı mənzillərə 5 min 700 elektrik sayğacı quraşdırılıb.
(politika.az)

Xəbər 10026 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +