Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


25.12.2023  10:06 

Azərbaycanda 13 sm qar yağdı





A+  A-

Dekabrın 25-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Xəzərnews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 24-də müşahidə olunan güclü külək 25-i səhər saatlarından 8-13 m/s-dək mülayimləşib.

Qar örtüyünün hündürlüyü: Daşkəsən, Şahdağda 13 sm, Göygöldə 12 sm, Qrızda 11 sm, Ordubad 10 sm, Gədəbəydə 6 sm, Şahbuz, Qubada 3 sm, Qusarda 2 sm, Altıağac, Xaltan, Şəki 1 sm olub.

Düşən yağıntının miqdarı Qusarda 17 mm, Göygöldə 15 mm, Daşkəsəndə 10 mm, Şahdağ, Qrız, Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Şəmkir, Gədəbəy, Zaqatala, Şəki, Şabran, Xınalıq, Xaltan, Altıağac, Balakən, Ağdam, Naftalan, Gəncə, Qax, Şərur, Xaçmaz, Yevlax, Neftçalada 7 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Duman Daşkəsən, Göygöl, Qrız, Lerik, Göyçayda müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7 dərəcə isti, Naxçıvan MR-da 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 3-6 dərəcə isti, dağlıq rayonlarda 8-14 dərəcə şaxta olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin dekabrın 25-də gündüz saatlarından tədricən sabitləşəcəyi, 26-27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.



Xəbər 2613 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +