London Rusiya ilə Azərbaycanın arasını vurmağa çalışır ?
Zaxarovadan SSRİ mesajı
Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarıldı
Masallının “İstisu”sunda antisanitar vəziyyət höküm sürür
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışını etdi
Rusiya Azərbaycandan konsulluq girişi tələb edir
Ukrayna Rusiyanın Lipetsk vilayətinə hücum edib
Sadır Japarov Azərbyacana yola düşüb
Əliyev və Paşinyanın Dubayda görüşü planlaşdırılır?
Emin Ağalarov Rusiyada konsertini təxirə salıb


19.04.2023  14:29 

Xırdalana, manatdan!





A+  A-

Evə gələndə "manatlıq taksi"yə mindim. Sürücü də mən yaşlarda, hicablı xanım. Əlavə də iki xanım sərnişin. Elə tərpənəndə məlum oldu ki, sərnişinlərdən biri sürücünün anası, digəri də tanışıdır.

100 metrdən sonra sürücümün əslində sürücülük müəllimi olmasını bildim. 200 metr sonra da məlum oldu ki, digər sərnişin müəllimədir və "avtoş" kimi maşın sürməyi öyrənmək istəyir. 300 metrdən sonra sürücülük müəlliməsi tanışına avtomobili idarə etməyi öyrədəcəyinə söz verdi, - saatı 15 AZN. Üstəlik avtoxuliqanlıq etdiyi üçün 4 dəfə polis tərəfindən cərimə edildiyini, "Nizami" metrosunun yanında "07" ilə iki təkər edən ilk avtoş olduğu da tərəfindən ərz edildi.

İki dəfə "Rabbənə ətina" üç dəfə "Qülhuvallah" oxuyub kəmərimi bağlayıb özümü Rəbbimə təslim etdim.

Qəfil söhbət təhsilə, uşaqların qayğılarına keçdi. Sürücü xanım tez-tez "düz demirəm, müəllim?" deyib məni söhbətə "kurs" elədi. "Xırdalan kruqu"nda artıq xanımlarla oğluma necə qız seçəcəyimi, hansı ixtasası yönəldəcəyimi müzakirə edirdim.

Ünvana çatanda xanım maşını kənara çəkdi, yarım saat da dolmaya nə qədər yağ, nə qədər quyruq vurmaq lazım olduğunu, süd daşmasın deyə hansı tədbir görməli olduğumu, duş kabinasının şüşələrini sirkə-soda ilə təmizləməyin faydalaranı müzakirə edib sağollaşdıq. Ayrılanda qadınların üçü də, "maşallah, nəmxuda belə kişiyə!" deyib üç dəfə pəncərədən tüpürdülər.

Bəxtəvər şəkildə gəldim evə.

Birazdan manikür edib serialıma baxacam.

Cəlil Cavanşir

Xəbər 2456 dəfə oxunub.




03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib


BÜTÜN XƏBƏRLƏR +