Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


11.02.2023  14:27 

Bir də böhranın idarə edilməsi var...





A+  A-

Türkiyədə baş verən zəlzələdə hökumət ilk iki gündə böhranın idarəedilməsini düzgün apara bilsəydi, indi daha çox can qurtarmaq mümkün idi. İlk iki gündə hökumət hərəkətə keçmək, könüllü qruplar yaratmaq, ordunu, ölkədəki bütün texnikaları işə cəlb etmək əvəzində dayandı...

Başını itirib nə edəcəyini kəsdirə bilmədi... Meydanda insanları birliyə çağırıb daha çox can qurtarmaq əvəzinə müxalifəti günahlandırmağa çalışdı...

Nəticə də ortada. Türkiyədə indi aparılan arama-qurtarma işləri zəlzələ baş verən gündən başlasaydı, bütün texnika və könüllərdən ibarət qruplar bu işə cəlb olunsaydı fərqli mənzərənin şahidi olacaqdıq. Niyə olmadı?

Ona görə ki, böhranın idarəedilməsi yox idi... Bu gün var? Yox elə bu gün də yoxdu.

Məsələn, böhranın idarəedilməsi qrupu heç zaman imkan verməzdi ki, AFAD etiketsiz paltar qəbul etmirik açıqlaması versin. Çünki bu cəmiyyətdə sənə ediləcək yardıma görə təşəkkür etmək əvəzinə təhqir hesab oluna bilər. Və yaxud böhranın idarəedilməsi olsaydı, tırlarla zəlzələ bölgəsinə göndərilən paltarlar yerə dağıdılıb, şəkli sosial şəbəkələri bəzəməzdi...

Bütün bunlardan isə 2 nəticə çıxarmaq olar:

1. Ya cəmiyyət usanıb və artıq hökumətə rədd ol get demək istəyir.
2. Ya da hökumət doğrudan da çox acizdir. Nə etdiyini heç özü də bilmir...

E.Hüseynov

Xəbər 2149 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +