Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?
İqtisadiyyatımız ciddi təzyiq altında: İxrac azalır, idxal artır
Azərbaycanda dizel və Aİ92 bahalaşacaq?


17.03.2017  13:37 

“Ali məktəblərin plan yeri heç 50 faiz də dolmayacaq”





A+  A-

“Məlum olduğu kimi bu gün, 17 martda saat 23:59-da magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı bitirdi. Amma Dövlət İmtahan Mərkəzi (DİM) bu müddəti martın 28-dək uzatdı. Hələ indiyə qədər sənəd qəbulu bitən zaman bu qədər uzadılma olmamışdı”.
XəzərNews.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
Təhsil eksperti bildirib ki, buna səbəb, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlərinin sayının keçən il və ondan əvvəlki illərlə müqayisədə dəfələrlə az olmasıdır.

“2016-cı ildə 22 min, 2015-ci ildə 24 min, 2014-cü ildə 25 min bakalavr sənəd qəbulunda iştirak etmişdisə, bu il, 2017-ci ildə heç 11 min nəfər yoxdur”.

Kamran Əsədov həmçinin qeyd edib ki, bunun səbəblərindən biri də imtahan qiymətlərinin fantastik olmasıdır.

“Bu o deməkdir ki, hələ abituriyentlərlə bağlı daha ciddi rəqəmlər ortaya çıxacaq. Təsəvvür edin ki, magistratura üçün 25 min bakalavr sənəd verəndə plan yeri 80 faiz dolurdusa, indi heç ali məktəblərin plan yeri 50 faiz dolmayacaq”.

Təhsil eksperti Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulunun vaxtının martın 28-i saat 00:00-dək uzadılmasına münasibət bildirib.

“DİM sədri bu gün deyib ki, qəbul imtahanın 1-ci mərhələsində iştirak etmək istəyən 22 mindən çox şəxs artıq elektron ərizə verib. Amma DİM-in rəsmi saytına əsasən saat 12:21-ə olan məlumatı deyim ki, bakalavr, magistratura, rezidentura, kolleclərə qəbul olmaq üçün bütün verilən sənəd qəbullarını hesablasaq, 15 min nəfər etmir. Yalnız magistraturaya qəbul üçün 10-mindən bir az artıq, bakalavriata qəbul üçün 3 mindən az şəxs elektron ərizə verib”.

Qeyd edək ki, 17 mart saat 23:59-da magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı bitirdi. Amma DİM sədri Məleykə Abbaszadə bu gün bildirib ki, Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı martın 28-i saat 00:00-dək uzadılıb.

Xəbər 5015 dəfə oxunub.




13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +