Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


28.10.2022  11:24 

“Məmurların dağıtdığı milyardları qoyub 203 minin dalınca qaçır”





A+  A-

“Jurnalist bu sualı mənə versəydi, mən bir az ayrı cür cavab verərdim. Jurnalist əgər araşdırmaçıdırsa, getsin yüksək vəzifəli məmurlar tərəfindən nələr baş verdiyini araşdırsın”.

XəzərNews.az xəbər verir ki, bunu yazıçı Seyran Səxavət jurnalistin sualına əsəbiləşərək sərt reaksiya verən yazıçı Çingiz Abdullayevlə bağlı qalmaqaldan danışarkən deyib.

“Jurnalist milyonlarla yeyintinin araşdırması ilə məşğul olsun. Hamı bilir ki, hansı məmur nə qədər pul yeyintisi edib. Jurnalistin nə azarı var, ona nə düşüb ki, 203 minin hara xərcləndiyini soruşur?

Məmurların dağıtdığı milyardları qoyub 203 minin dalınca qaçır. Burada jurnalistin nə marağı var?

Məmur var ki, qoluna milyardlıq saat taxır. Əvvəlcə ondan hesabat soruşssun, sonra gəlib bizi başa salsın görək, o 200 min yazıçılara çoxdur, yoxsa az. Hamı bilir ki, məmurlar ölkədən milyardlar çıxardır. Həmin jurnalistdən soruşuram, bir dəfə bundan yazdınmı?

Yazıçılar Birliyinə 200 min azdır, 200 milyard xərcləmək lazımdır”, S.Səxavət əlavə edib.

Qeyd edək ki, Xalq yazıçısı Çingiz Abdullayev qurultay üçün ayırılan 203 min manatla bağlı sual verən jurnalistə "Utanmırsınız, Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsən?", - deyə sərt reaksiya verib./Azvision.az



Xəbər 2500 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +