Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


18.05.2022  16:43 

Nazir müavininin sevgilisinə görə dava düşdü — Azərbaycanda





A+  A-

Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbir zamanı Azərbaycanın Mədəniyyət nazirinin müavinlərindən biri ilə ailə dostu arasında dava olub.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Demokrat.az-a sözügedən tədbirin iştirakçısı məlumat verib.

Məlumata görə, dava nazir müavininin münasibətdə olduğu və həmin tədbirdə bərabər iştirak etdiyi xanıma görə baş verib. Belə ki, nazir müavininin ailə dostu olan şəxs sevgilisi olan xanımı sözügedən məclisdə görən zaman, onunla dalaşıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.

Məsələyə polis müdaxilə edəndən sonra, dava ilə bağlı iş Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırılıb.

Sözügedən şəxslərin adları ilə bağlı hazırda dəqiləşdirmə aparırıq. Yaxın vaxtlarda oxuculara əlavə məlumat veriləcək.

Qeyd edək ki, nazir müavininin sevgilisi olan həmin xanım vaxtı ilə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Mədəniyyət naziri Anar Kərimov müavininin həmin xanımla qeyri-rəsmi münasibətdə olduğunu öyrənəndən sonra sözügedən xanımı vəzifəsindən azad edib. Hazırda həmin xanım başqa bir dövlət qurumunda çalışır.

Xəbər 8826 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +