Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


04.03.2021  17:48 

Kolleclərə tələbə qəbulu qaydası dəyişdi





A+  A-

“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.
XəzərNews.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Məlumata görə, Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı müvafiq qanunvericiliyə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarını müəyyən edir. Bu Qaydalarda ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanının iki mərhələdə keçirilməsi nəzərdə tutulub.

Təhsilin hazırki inkişaf səviyyəsi, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübələri, eyni zamanda mövcud pandemiya şəraitində imtahan iştirakçılarının həyat və sağlamlıqlarının daha səmərəli qorunması, xəstəliklərin geniş yayılmasının qarşısının alınmasının təmin edilməsi qəbul imtahanının bir mərhələdən ibarət olmaqla keçirilməsini zəruri edir.

Bununla əlaqədar, Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanınının bir mərhələdən ibarət olmaqla keçirilməsinə dair dəyişikliyi nəzərdə tutan qeyd olunan Qərarı qəbul olunub. Qərarda eyni zamanda, qəbul imtahanının bir mərhələdə keçirilməsi ilə əlaqədar, fənlər üzrə test tapşırıqlarının yeni sayı da əks olunub.

Xəbər 4362 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +