Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


28.08.2017  15:08 

Bu marşrutun sürücüsü işdən çıxarıldı





A+  A-

Piyada keçidində kobud qayda pozuntusu edən sürücü işdən azad edilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 22-də bir sıra kütləvi informasiya vasitələrində yayılmış videogörüntü araşdırılıb və lazımi tədbir görülüb:

“40 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun (Dövlət Qeydiyyat Nömrəsi 10-TG-832) sürücüsünün metronun “Neftçilər” stansiyası yaxınlığındakı piyada keçidində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair yayılan videogörüntüylə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb. Araşdırmaya əsasən, avtobusun sürücüsünün Rahib Hacıyev olduğu müəyyən edilib. 40 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı və sürücü dərhal Bakı Nəqliyyat Agentliyinə çağırılıb və izahatları alınıb. Kobud qayda pozuntusuna yol verdiyini etiraf edən sürücü işdən azad edilib. Daşıyıcıya isə bir daha sürücülərinin analoji hallara yol verməməsi üçün zəruri tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib.

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, ictimai nəqliyyatda yol hərəkəti qaydalarına, qanunverciliyin tələblərinə əməl etməyən, sərnişinlərin həyatını təhlükəyə ataraq müəyyən olunmuş qaydaları pozan daşıyıcılar, eləcə də sürücülər barədə bundan sonra da ən sərt şəkildə tərbirlər görüləcək.

Bununla yanaşı qeyd etmək istəyirik ki, bu kimi xoşagəlməz hallarla mübarizədə ictimaiyyətin fəallığı olduqca əhəmiyyətlidir. Son bir ildə məhz ictimai fəallıq, eləcə də ictimai qınaq sayəsində nəqliyyat sahəsində, o cümlədən marşrut şəbəkəsində mövcud olan bir sıra məsələlərin həllinə nail olunub. Bunları nəzərə alaraq, ictimaiyyəti Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığı daha da genişləndirmərə çağırırıq”.

Xəbər 3297 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +