Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


07.04.2025  17:25 

“Optimal Electronics“in külli miqdarda borcu var





A+  A-

Azərbaycanda elektronik avadanlıqların satışı ilə məşğul olan şirkətlərin külli miqdarda vergi borcu var.

Bu sırada ilk yerdə "Optimal Electronics" qərarlaşıb.

Qanuni təmsilçisi Əsgərov Əhəd Tofiq oğlu olan "Optimal Electronics"in Dövlət Vergilər Xidmətinin Lokal Gəlirlər Xidmətinə 321994.90 manat vergi borcu yaranıb.

Qanuni təmsilçisi Cəlil Əhmədov Mirqiyas oğlu olan "Protech Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinin 272898.43 AZN vergi borcu var.

"Mi Telecom Corporation" Məhdud Məsuliyyətli Cəmiyyətinin 164179.20 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi İsmayilova Fidan Natiq qızıdır.

Qanuni təmsilçisi Çingiz Hümmətov Ələskər oğlu olan "KL Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinin 76548.1 AZN vergi borcu yaranıb. Bu şirkət barəsində səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 813715.64 manat əlavə vergi, 615384.62 manat maliyyə sanksiyası hesablanıb.

Qanuni təmsilçisi Etibar Məmmədov Aydin oğlu olan "United Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinin 41904.91 AZN, qanuni təmsilçisi Rüstəmov Eldar Fərrux oğlu olan "Az Invest Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin isə 38408.85 manat vergi borcu var./Qaynarinfo

Xəbər 3772 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +