Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


13.02.2025  10:04 

Təhsil ocağında qalmaqal: “Pullu məktəb etmək istəyirlər“





A+  A-

Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə lisey yaradılması xəbəri valideynlərin etirazına səbəb olub.

Xəzərnews.az Baku TV-yə istinadla xəbər verir ki, onlar bildiriblər ki, övladları digər təhsil ocaqlarına köçürüləcəyi təqdirdə ciddi problemlə üz-üzə qalacaqlar.

"Şəhərin mərkəzində olan məktəbdir, mindən çox şagird təhsil alır. Buranı pullu məktəb etmək istəyirlər. Bəs kasıb-kusubun uşağı hara gedəcək?",
- deyə valideynlərdən biri narazılığını dilə gətirib.

Məktəbin direktoru Vüqar Nəsirov bildirib ki, lisey layihəsi ilə bağlı müzakirələr aparılıb:

"Rayonumuz üçün vacib layihələrdən hesab olunur. Valideynləri də başa düşmək olar, yerdəyişmə ilə əlaqədar narahatdırlar. Ona görə də sözügedən layihə başqa bir yerdə həyata keçiriləcək. Artıq bu barədə Regional Təhsil İdarəsindən və Rayon Təhsil Sektorundan mənə məlumat verilib".






Xəbər 4376 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +