Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


05.10.2023  18:53 

İnsan alverinə qarşı mübarizə mövzusunda tədbir keçirilib





A+  A-

“XXI Əsrin Qadınları” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “ İnsan alverinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində 18 saylı Bakı Peşə Liseyində tədbir həyata keçirib.

Xəzərnews.az xəbər verir ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uğun olaraq 18 saylı Bakı Peşə Liseyində təşkil olunan tədbirdə DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov, İctimai İaşə Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbəri Fatma xanım Çəndirova və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, eləcə də müəllim və yeniyetmə gənclər iştirak ediblər.

DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov insan alveri ilə mübarizədə görülən işlər haqqında geniş çıxış edib. İnsan alverinin yaratdığı problemlər və bunun transmilli cinayət əməli olmasını tədbir iştirkaçılarının diqqətinə çatdırıb. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu sahədə gördüyü işlər haqqında, insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Sonra layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxış edərək sözügedən layihənin əsas məqsədinin insan alverinin qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsi, eləcə də gənclər və yeniyetmələr arasında insan alveriniə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkili olduğunu qeyd edib.

Tələbələrin sualları İbrahim Əhmədov tərəfindən cavablandırılıb.

Sonda liseyin direktoru Fatma Çəndirova maraqlı tədbir üçün layihə rəhbəri Mahirə Əmirhüseynovaya və polkovnik-leytenant Ibrahim Əhmədova təşəkkürünü bildirib .

Xəbər 7141 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +