Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


27.06.2018  09:17 

Bu gün imtahan var





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
XəzərNews.az xəbər verir ki, bu gün ümumilikdə 70081 (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 87 imtahan binası ayrılıb. İmtahanda 39554 nəfər (Gəncə 3372, Lənkəran 2287, Naftalan 88, Şəki 2042, Sumqayıt 4392, Abşeron 3866, Ağdam 930, Ağsu 683, Astara 1284, Bərdə 2203, Biləsuvar 1388, Daşkəsən 278, Goranboy 1318, Göygöl 882, İmişli 1253, Kürdəmir 1207, Oğuz 561, Qəbələ 1352, Saatlı 1027, Sabirabad 1804, Şabran 699, Şamaxı 946, Samux 680, Tərtər 889, Xaçmaz 2115, Yevlax 1398, Zərdab 610) 9 cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 87 imtahan binası ayrılıb. İmtahanda 30527 nəfər (Gəncə 2647, Lənkəran 1731, Naftalan 63, Şəki 1781, Sumqayıt 3394, Abşeron 2667, Ağdam 780, Ağsu 562, Astara 771, Bərdə 1615, Biləsuvar 1091, Daşkəsən 205, Goranboy 1074, Göygöl 794, İmişli 1126, Kürdəmir 910, Oğuz 484, Qəbələ 1194, Saatlı 740, Sabirabad 1463, Şabran 511, Şamaxı 644, Samux 488, Tərtər 682, Xaçmaz 1522, Yevlax 1141, Zərdab 447) 11 ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Xəbər 2708 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +