Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


09.02.2018  09:06 

Təzyiq dərmanları kişiləri “öldürür”





A+  A-

Son zamanlar 35 yaşdan sonra kişilərdə yüksək təzyiq, ürək-qan damar problemləri səbəbindən təzyiq salan dərmanlara üz tutması halları artıb. Hipertoniyadan əziyyət çəkən kişilər həkimlərə müraciət etdikdə isə ilk növbədə gündəlik qəbul edilən dərmanlar resepti ilə qarşılaşırlar.
Lakin bəzi həkimlər təzyiq preparatlarının kişilərin cinsi həyatına, potensiyasına mənfi təsir göstərdiyini bildirir. Qeyd olunur ki, hipertoniyadan əziyyət çəkən cavan kişilər bir müddət sonra impotent olur.

XəzərNews.az medicina.az-a istinadən bildirir ki, həkim uroloq-androloq Xalid Kərimovun dediyinə görə, ürək-qan damar sistemini, o cümlədən qanda xolesterinin səviyyəsini aşağı salmaq üçün təyin olunan bəzi dərmanlar cinsi zəiflik verə bilər: "O dərmanların təlimatında da qeyd olunub ki, cinsiyyət sisteminə mənfi təsiri var. Amma təzyiq, ürək-qan damar sistemi həyati vacib orqanlar sayıldığından, xəstənin həyatı üçün təhlükəni aradan qaldırmaq məqsədilə bu preparatlar mütləqdir və uroloji, cinsi sistem artıq ikinci planda olur. Bir uroloq kimi mənim ixtiyarım yoxdur ki, o dərmanları təxirə salım. Əlbəttə kişilərin uroloji, cinsi sisteminin zəifləməsi uroloqlar üçün narahatverici məqamdır və pasiyentlər bu problemlərlə bizə müraciət edir.

Lakin bir məsələ də var ki, kişi cinsi baxımdan zəif ola bilər, amma bu onun həyatı üçün təhlükə daşımır. Onu da bildirim ki, bu dərmanlar sonsuzluq yaratmır".

Həkim libidonu aşağı salan, potensiyaya daha çox təsir edən preparatın atorvastatin tərkibli preparatlar olduğunu da qeyd edib ki, bu preparat qanda xolesterini azaltmaq üçün ikiqat təsirə malikdir.

Xəbər 3079 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +