Trampın Putinlə söhbəti Avropanı məyus edib
Ruslar Xarkov və Sumini ələ keçirməklə hədələyib
Əshabi-Kəhf “Əlamut qalasına” çevrilir, deputat da imamı olur...
Müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir
Bank kartlarından 27 min manata yaxın pul oğurlandı
Sibiqa Brüsselə gedir
Üç ölkə İsraili sanksiyalarla hədələdi
Məktəb direktoru işdən çıxarıldı
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam


29.06.2022  11:45 

Türkiyədən növbəti diplomatik qələbə: İsveç və Finlandiyadan istədiyini aldı





A+  A-

Xəbər verildiyi kimi bu gün NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib. Baş tutan danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Ankara iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına daxil olması üçün irəli sürdüyü tələblərin yerinə yetirilməsinə nail olub.

Sazişdə Ankaranın tələbləri aşağıdakı müddəalarla qarşılanıb:

1-PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq.

2-Terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsi.

3-PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi.

4-Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması.

5. Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi.

6- Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması.

7-Terrorçu cinayətkarların ekstradisiyasına dair konkret addımların atılması və ikitərəfli müqavilə tənzimləmələrinin aparılması.

8-PKK, onun qolları və cəbhə təşkilatlarının pul toplama və işə götürmə fəaliyyətlərinin qadağan edilməsi, onların araşdırılması.

9-Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması.

10. Finlandiya və İsveçin Aİ təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi.

11- Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.

Xəbər 1629 dəfə oxunub.



20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +